Krakov-2023: karateçimiz mübarizəni dayandırdı

Krakov-2023: karateçimiz mübarizəni dayandırdı

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışları davam edir. Karate yarışlarının ikinci günündə daha bir idmançımız Fərid Ağayev (75 kq) mübarizəyə başlayıb. B rupunda yarışan təmsilçimiz ilk görüşdə ukraynalı Andrey Zaplitniyə (1:2), növbəti görüşdə isə italiyalı Daniele De Vivoya (2:5) məğlub olub. Qrupda keçirdiyi son oyunda portuqaliyalı Tiaqo Migel Qonçalveslə heç-heçə edən (0:0) idmançımız yarımfinala yüksələ bilməyib. Beləliklə,karateçimiz III Avropa Oyunlarında mübarizəni dayandırıb.