III Avropa Oyunları: iki taekvondoçumuz növbəti mərhələdə

III Avropa Oyunları: iki taekvondoçumuz növbəti mərhələdə

Bu gün III Avropa Oyunları çərçivəsind keçirilən taekvondo yarışlarına start verilib. Mübarizəyə ilk olaraq 2 kişi və 2 qadın taekvondoçumuz başlayıb.

Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kq) ilk görüşdə qalib gəlib. Almaniyalı Xalid Abdeli mübarizədən kənarlaşdıran taekvondoçumuz 1/4 finala yüksəlib. O, növbəti mərhələdə bolqarıstanlı Lyubomir Boqdanovla üz-üzə gələcək.

Komandamızın digər üzvü Qaşım Maqomedov (58 kq) da ilk görüşdə qalib gələrək adını 1/4 finalın iştirakçıları siyahısına yazdırıb. O, 1/8 finalda niderlandlı taekvondoçu Aymen Açnineni üstələyib.

Qadınların mübarizəsində təmsilçilərimiz ümidləri doğrulda bilməyiblər. Belə ki, Patimat Abakarova (49 kq) və Minayə Əkbərova (46 kq) məğlub olaraq mübarizəni dayandırıblar. P.Abakarova almaniyalı Sufarada Kisskalta uduzub. Minayə Əkbərova isə İtaliya təmsilçisi Sofiya Zampettiyə məğlub olub.