Boksçumuz Krakov-2023-də uğursuzluqla üzləşdi

Boksçumuz Krakov-2023-də uğursuzluqla üzləşdi

Bu gün Polşada keçirilən III Avropa Oyunlarının boks yarışlarına start verilib. İlk yarış günündə Azərbaycan boksçuları da mübarizəyə başlayıblar. Təmsilçilərimizdən ilk olaraq Ümid Rüstəmov (57 kq) rinqə çıxıb. Lakin idmançımız ilk mərhələdə macarıstanlı Ronald Veresə 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, bu gün rinqə çıxacaq digər idmançımız Malik Həsənov (63,5 kq) ilk döyüşdə polşalı Bartlomey Roskoviçlə qarşılaşacaq.