Krakov-2023: karateçilərimiz üç medalla ikinci oldular

Krakov-2023: karateçilərimiz üç medalla ikinci oldular

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən karate yarışlarına yekun vurulub. Yarışda 8 karateçi ilə təmsil olunan komandamız 2 qızıl və 1 bürünc medala sahib çıxıb. Qızıl medalları komandamıza Tural Ağalarzadə (67 kq) və İrina Zaretska (68 kq) qazandırıblar. Asiman Qurbanlı (84 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənib.

Karate yığmamız bu nəticə ilə ümumi medal sıralamasında ikinci olub. Aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal olan Ukrayna yığması birinci yeri tutub. Üçüncü sırada isə İspaniya millisi (2-0-1) qərarlaşıb.

Qeyd edək ki, Krakov-2023-ün karate yarışlarında ümumilikdə 22 ölkəni təmsil edən idmançılar mübarizə aparıblar.