III Avropa Oyunları: Azərbaycan medal sıralamasında onuncudur

III Avropa Oyunları: Azərbaycan medal sıralamasında onuncudur

Polşada keçirilən III Avropa Oyunlarının dördüncü gününə yekun vurulub. Dörd gün ərzində 57 dəst medal öz sahibini tapıb. Yarışda iştirak edən Azərbaycan idmançıları da mükafatçılar sırasında yer alıblar. Hazırda komandamızın hesabında 5 medal var. Onlardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürüncdür. Komandamız bu nəticə ilə siyahıda əvvəlki kimi onuncu pillədə yer alır.

İlk sırada 9 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan İspaniya komandası qərarlaşıb. İtaliya (8 qızıl, 8 gümüş, 9 bürünc) ikinci, Polşa (6 qızıl, 2 gümüş, 4 bürünc) isə üçüncüdür.