Krakov-2023: Taekvondoçumuz gümüş medala sahib çıxdı

Krakov-2023: Taekvondoçumuz gümüş medala sahib çıxdı

Polşada keçirilən III Avropa Oyunları çərçivəsində taekvondo yarışları davam edir. Taekvondo yarışlarının ilk günündə təmsilçimiz Səyyad Dadaşov gümüş medala sahib çıxıb. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız səkkizdəbir finalda Xalid Abdel Halim (Almaniya) ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz dörddəbir finala adlayıb. İdmançımız növbəti qarşılaşmasında Lübomir Boqdanovla (Bolqarıstan) döyüşüb. 10:5, 10:5 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. O, bu mərhələdə isveçli Ebrahim Marvanla üz-üzə gəlib. 8:2, 7:3 hesabı ilə üstün olan idmançımız finala vəsiqə qazanıb. Həlledici görüşdə Huqo Arillo Vaskeslə (İspaniya) qarşılaşan idmançımız rəqibinə məğlub olaraq (3:0, 3:11, 9:7) gümüş medalla kifayətlənib.