III Avropa Oyunları: İrina Zaretska qızıl, Asiman Qurbanlı isə bürünc medal qazandı

III Avropa Oyunları: İrina Zaretska qızıl, Asiman Qurbanlı isə bürünc medal qazandı

Polşada keçirilən III Avropa Oyunlarında karate yarışlarına yekun vurulub.Yarışın son gündə Azərbaycan yığmasının dörd karateçisi mübarizə aparıb. Təmsilçilərimizdən İrina Zaretska (68 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib çıxıb. Ondan fərqli, Asiman Qurbanlı (84 kq) yarımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Ümumilikdə karate yığmamız 3 medal qazanıb.

Qeyd edək ki, ötən gün karateçimiz Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub.