Anna Skidan Krakov-2023-ü dördüncü pillədə başa vurdu

Anna Skidan Krakov-2023-ü dördüncü pillədə başa vurdu

Polşada keçirilən III Avropa Oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatında çəkicatma yarışlarındakı təmsilçimiz Anna Skidan dördüncü olub.

71,69 metr nəticə ilə III divizionun qalibi olan A.Skidanı II divizionda yalnız 72,94 metr göstəricisi olan Rumıniya atleti Byanka Gelber qabaqlaya bilib. Birinci divizionda mübarizə aparan ateletlərdən italiyalı Sara Fantini 73,26 metr nəticə ilə qızıl medala sahib çıxıb.