Krakov-2023: Taekvondoçumuzdan uğursuz start

Krakov-2023: Taekvondoçumuzdan uğursuz start

Polşada III Avropa Oyunlarə çərçivəsində keçirilən taekvondo yarışları davam edir. Bu gün komandamızın daha bir üzvü Cavad Ağayev (68 kq) mübarizəyə başlayıb. İdmançımız 1/8 final mərhələsində Konstantinos Camalidislə (Yunanıstan) üz-üzə gəlib. Təəssüf ki, komandamızın üzvü rəqibinə 1:2 hesabı ilə məğlub olub. Camalidis finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak edəcək.