Yığmamız III Avropa Oyunlarında 9 komanda arasında sonuncu oldu

Yığmamız III Avropa Oyunlarında 9 komanda arasında sonuncu oldu

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən atıcılıq yarışları davam edir. Yarışların beşinci günündə mübarizə aparan atıcılıq üzrə qadınlardan ibarət yığma komandamız təsnifat mərhələsində iştirak edib. Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komandamız 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.

Beləliklə, yarışda 826 xal toplayan komandamız qrupda sonuncu – doqquzuncu olub və finala vəsiqə qazana bilməyib.

Final mərhələsinə ilk 8 yerin sahibi yüksəlib.