Boksçumuz Avropa Oyunlarına qələbə ilə başlaldı

Boksçumuz Avropa Oyunlarına qələbə ilə başlaldı

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir. Bu gün daha bir boksçumuz rinqə çıxıb. 80 kq çəki dərəcsində yarışan Murad Allahverdiyev ilk görüşünü qələbə ilə başa vurub. Yığmamızın üzvü 1/16 finalda almaniyalı Kevin Şumana qalib gəlib. İlk 2 raundu aktivinə yazan boksçumuz 3-cü hissədə tam üstünlüklə qalib gəlib.

O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.

54 kq-da çıxış edən Zeynəb Rəhimova isə 1/16 finalda rumıniyalı Lenuta Periyoça uduzaraq, yarışla erkən vidalaşıb.

Axşam seansında Azərbaycanın daha 1 boksçusu mübarizəyə qoşulacaq. 92 kq-da yer alan Alfonso Dominges israilli Yan Zakla münasibətinə aydınlıq gətirəcək.