III Avropa Oyunları: titullu boksçumuz mübarizəni erkən dayandırdı

III Avropa Oyunları: titullu boksçumuz mübarizəni erkən dayandırdı

Polşada III Avropa Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir. Novi Tarq Arenada keçirilən axşam seansında daha bir boksçumuz - komandamızın əsas medal ümidlərindən olan Alfonso Dominges rinqə çıxıb. 92 kq-da çıxış edən idmançımız 1/16 finalda israilli Yan Zakla qarşılaşıb.

Rəqibinə 1:4 (28:27, 27:28, 27:28, 27:28, 26:29) hesabı ilə uduzan A.Dominges mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) və Murad Allahverdiyev (80 kq) Avropa Oyunlarına qələbə ilə başlayıblar.