III Avropa Oyunları: komandamız 15-ci pilləyə endi

III Avropa Oyunları: komandamız 15-ci pilləyə endi

Polşada təşkil olunan III Avropa Oyunlarının beşinci gününə yekun vurulub. Ötən günlə müqayisədə komandamızın aktivindəki medalların sayında dəyişiklik olmadığına görə yığmamız beş pillə geriləyib. Ölkəmiz 2 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi sıralamada 15-ci pillədə qərarlaşıb.

Medal əyarına görə ilk pillədə İspaniya (13 qızıl, 8 gümüş, 8 bürünc) yığması yer alıb. İtaliya (11 qızıl, 12 gümüş, 15 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna 3-cü (9 qızıl, 6 gümüş, 3 bürünc), Almaniya (8 qızıl, 9 gümüş, 5 bürünc) isə 4-cü sıradadır.

İndiyədək ümumilikdə 38 ölkə medal qazana bilib.