WTA nəyə qarşı mübarizə aparır?

WTA nəyə qarşı mübarizə aparır?


Qadın Tennis Assosiasiyası (WTA) yarış zamanı tennisçi qadınların bərkdən qışqırıqlarına qarşı mübarizəni davam etdirir. Assosiasiya bu ilin yazından matçlarda çıxış edən tennisçi qadınların qışqırıq, səs-küy salmasına qarşı mübarizəyə başlayıb və bu sahədə müsbət nəticələr əldə etməyi düşünür.
"Biz tennisi lazımsız və insanın əsəblərinə təsir edən qışqırıqlardan xilas etmək istəyirik. Bunu yeni nəsil üçün də aşılamaq istəyirik. Hələlik tennis matçlarında bu cür hallar, açıq və qapalı kortlarda səs-küyün səviyyəsini aydınlaşdırmağa və bir çox dəlillər əldə etməyə çalışırıq”, - WTA-nın rəhbəri Steysi Alalster deyib.