Badmintonçularımız məğlub oldular

Badmintonçularımız məğlub oldular

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni tandemi Polşada keçirilən üçüncü Avropa Oyunlarında kişilərin qoşa yarışında G qrupunda ikinci görüşünü keçirib. Təmsilçilərimiz İtaliya badmintonçuları Covanni Greko-David Salutt cütlüyünə 1:2 (17:21,21:17, 17:21) hesabı ilə məğlub olublar.

Digər idmançılarımızdan Keişa Fatimə Zəhra - Era Maftuha tandemi Oyunlarda qadın badmintonçuların qoşa yarışında D qrupunda ikinci görüşünü keçirib. Təmsilçilərimiz Niderland badmintonçuları Jille Debora-Çeril Seinen cütlüyünə 0:2 (10:21,12:21) hesabı ilə uduzub.