Kişi sablyaçılarımız Avropa Oyunlarında mübarizəni dayandırdılar

Kişi sablyaçılarımız Avropa Oyunlarında mübarizəni dayandırdılar

Polşada keçirilən III Avropa Oyunlarının qılıncoynatma yarışları davam edir. Kişi sablyaçılarımız komanda yarışlarında mübarizəyə qoşulublar. Yığmamız səkkizdəbir finalda Macarıstanla qarşılaşıb. Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlinin yer aldığı komanda 25:45 hesabı ilə uduzub.

Bununla da yığmamız medallar uğrunda mübarizəni dayandırıb. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda yarışacaqlar.