Boksçumuz Avropa Oyunlarının gümüş medalına sahib çıxdı

Boksçumuz Avropa Oyunlarının gümüş medalına sahib çıxdı

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti medalını qazanıb. Boksçu Məhəmməd Abdullayev komandanın aktivinə daha bir gümüş medal əlavə edib.

+92 kq çəki kateqoriyasında finalda böyük britaniyalı Castin Orye ilə qarşılaşan Abdullayev rəqibinə uduzaraq Oyunların ikincisi olub.

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər.