Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatında atıcılarımız uğur qazanıblar. İyulun 24-də qızlar arasında 50 metr məsafəyə tapançadan atəş üzrə yarışda Xanna Əliyeva 520 xalla birinci, 510 xalla Leyli Əliyeva üçüncü yeri tutaraq, eyni növdə həm qızıl, həm bürünc medalı ölkəmizə qazandırıblar.
Xatırladaq ki, iyulun 14-dən başlayan çempionata bu gün yekun vurulacaq.