Pəhləvanlarımız "Poland Open"də iştirak edəcəklər

Pəhləvanlarımız "Poland Open"də iştirak edəcəklər

Azərbaycanın qadın və sərbəst güləşçiləri Polşanın paytaxtı Varşavadakı “Poland Open”də iştirak edəcəklər. 27-28 iyulda baş məşqçi Semyon Şterevin rəhbərliyi altında qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.

Yarışın sonuncu günündə isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.

Ənənəvi turnirdə II kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Qeyd edək ki, “Poland Open” iyulun 30-da başa çatacaq.