Maks Ferstappendən tarixi nəticə

 Maks Ferstappendən tarixi nəticə

Montsada keçirilən Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi müəyyənləşib. "Red Bull" komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Niderlandlı sürücü bu qələbə ilə həmçinin tarixi nailiyyətə də imza atıb. O, ardıcıl 10 yarışda qalib gələn ilk pilot adına sahib çıxıb.

Onun komanda yoldaşı Serxio Peres ikinci, "Ferrari"dən Karlos Sayns isə üçüncü olub.