Boksçularımızın Anapa sınağı

Boksçularımızın Anapa sınağı

Sentyabrın 21-25-də Rysiyanın Anapa şəhərində bosk üzrə Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Yarışda

iyirmi iki yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları da mübarizə aparacaqlar.

Kişi boksçuların yarışında məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında 10 boksçu qüvvəsini sınayacaq. Rusiyada ölkəmizi Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil edəcəklər.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) və Lalə Namazlını (63 kiloqram) sınayacaq.

Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edəcək.

Yığma komandalarımız sentyabrın 26-da Bakıya qayıdacaqlar.

Qeyd edək ki, yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.