Antiterror tədbirlərində şəhidlik zirvəsinə ucalan cüdoçular

Antiterror tədbirlərində şəhidlik zirvəsinə ucalan cüdoçular

Silahlı Qüvvələrimiz tərəfindən 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Şəhid olmuş hərbi qulluqçular arasında cüdo idman növü ilə məşğul olan qəhrəmanlarımız da var. Onların arasında əsgər Sənan Mirzəyev, əsgər Xəyal Canbaxışov, əsgər Hüseyn Nəsibov, əsgər Ülvi Mikayılov, əsgər Məhəmməd Xəlilli də var.

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən mina partlaması nəticəsindətörədilən terror aktı zamanı şəhid olan polis serjantı Asim Camalzadə də vaxtilə cüdo idman növü ilə məşğul olub.