Açıq Asiya turniridən 4 medal

Açıq Asiya turniridən 4 medal

 

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə açıq Asiya turniri keçirilib. 10 ölkədən 217 cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan komandası da qüvvəsini sınayıb. Komandamız turnirdə 7 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız yarışı 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar. Komandamız bu nəticə ilə medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub. Cüdoçularımızdan Ruslan Nəsirli -100 kq çəkidə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Rüfət Şovlatov (-73 kq) və İmamverdi Məhərrəmov (-81 kq) gümüş medala sahib olub. +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov isə bürünc medal qazanıb.