“Qızıl əlcək” turniri üç medalla yadda qaldı

“Qızıl əlcək” turniri üç medalla yadda qaldı

Serbiyanın Çaçak şəhərində keçirilən boks üzrə “Qızıl əlcək” beynəlxalq turniri başa çatıb. 15 ölkənin mübarizə apardığı turnirdə azərbaycanlı boksçular da qüvvələrini sınayıblar. Komandamız yarışda 1 gümüş və 2 bürünc medal qazanıb. Təmsilçilərimizdən gümüş medala Ümid Rüstəmov (60 kq) sahib çıxıb. O, finalda rusiyalı Nemət Səfərova məğlub olub.

Komandamızın digər üzvlərindən Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcək” turnirinin bürünc medallarına yiyələniblər.

Yarışın ən yaxşı hakimi adına isə ədalət təmsilçimiz Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz “Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.