Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışacaqlar 

 Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışacaqlar 

Sabah Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. Üç gün davam edəcək turnirdə yığma komandamız doqquz çəki dərəsində 10 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Qadınlar arasında Leyla Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), kişilərin mübarizəsində isə Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Kəramət Hüseynov, Ruslan Paşayev (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi73 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Camal Qamzatxanov və Uşangi Kokauri (hər ikisi +100 kiloqram) tatamiyə çıxacaqlar.

Cüdoçular yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, “Böyük dəbilqə”də 82 ölkədən 472 cüdoçu medallar uğrunda mübarizə aparacaq.