Cüdo yığmamız Riqada birinci yeri tutdu 

Cüdo yığmamız Riqada birinci yeri tutdu 

Oktyabrın 21-22-də Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı keçirilib. 21 ölkədən 309 (216 oğlan, 93 qız) idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvəsi sınayıb. Komandamız oğlanlar arasında 7 çəki dərəcəsində 16 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız yarışı 4 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurublar. Komandamızın heyətində qızıl medalları Bahadir Feyzullayev (-50 kq), Mirxaliq İskəndərov (-60 kq), Umud Qurbanov (-66 kq), Subhan Axundov (+90 kq) qazanıb. Rüstəm Qasımzadə (-50 kq), Əli Qazıməmmədov (-81 kq) və Rəsul Səmədli (+90 kq) gümüş medala sahib çıxıb.

Bürünc medallara isə Nihad Məmişov (-55 kq), Səlim Sultanov (-66 kq), Səid Şərifov (-66 kq), Cəsur İbadlı (-73 kq) və Mehdi Abbasov (-81 kq) layiq görülüb.

Yarışı 12 medalla başa vuran komandamız medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.