Bakıda “Landmark 7” turniri keçirilib 

Bakıda “Landmark 7” turniri keçirilib 

“Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən “Landmark 7” turnirinə yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən yarışda Azərbaycanın 5 MMA döyüşçüsü mübarizə aparıb. Təmsilçilərimizdən Tural Rəhimov cənubi koreyalı rəqibi Kyun Pyu Kimə məğlub olub. İkinci qarşılaşmada Mehman Məmmədov Türkiyədən olan MMA döyüşçüsü Fərid Göktəpə ilə üz-üzə gəlib. Nəticədə Azərbaycan idmançısı qalib gəlib.

Üçüncü dueldə Nəriman Abbasov rusiyalı Ali Abdulxalikova uduzub. Dördüncü görüş isə Yaponiya təmsilçisi Toji Takeda ilə qarşılaşan Tofiq Musayevin qələbəsi ilə yekunlaşıb.

Günün əsas və son qarşılaşması Vüqar Kərəmov və yaponiyalı Çihiro Suzuki arasında olub. Azərbaycan təmsilçisi rəqibinə ilk raundda məğlub olaraq kəmərini qoruya bilməyib.