Rusiyanın Çelyabinsk şəhərində keçirilən nüfuzlu WMC versiyası üzrə dünya çempionatında iştirak edən həmyerlimiz Xəyal Caniyev superyarımorta çəkidə çempion adını qazanıb. “Halk” qələbli idmançı üç illik fasilədən sonra yeni çempionluğunu belə şərh edib: “Muay-tay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Döyüşü vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.
Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl MMA-da də ardıcıl 3 qələbə qazanıb.