Sonq Nurməhəmmədovu döyüşə çağırır

Sonq Nurməhəmmədovu döyüşə çağırır

UFC-nin ağır çəki dərəcəsində mübarizə aparan çinli MMA döyüşçüsü Yadonq Sonq rusiyalı döyüşçü Umar Nurməhəmmədova qarşı döyüşmək arzusundadır. “Mən həqiqətən Umarla döyüşməkdə maraqlıyam. Mən bunu bacara bilərəm. Onun öz üstünlükləri var, mənim də öz üstünlüklərim. Onun yaxşı güləşi və taktikası var. Mənim daimi təzyiqim və yaxşı ciu-citsu qabiliyyətim var” - deyə o, BJ Penn saytına bildirib.
Xatırladaq ki, Yadonq Sonqun qarışıq döyüş növləri üzrə peşəkar rekordu 20-1-7-dir. Çinli növbəti döyüşünü dekabrın 9-da UFC Fight Night 233-də amerikalı Kris Qutyerresə qarşı keçirəcək. Umar Nurməhəmmədov isə 16 döyüşdə 16 qələbə qazanıb. Onun növbəti döyüşü hələ açıqlanmayıb.