Bu gün kişi voleybolçular arasında ölkə birinciliyində növbəti oyun keçirilib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən qarşılaşmada “Xarı Bülbül Laçın” və MOİK komandaları üz-üzə gəlib. Çempionatda ilk matçına çıxan Laçın komandası meydandan qalib ayrılıb. MOİK-i 3:0 hesabı ilə məğlub edən “Xarı Bülbül Laçın” bu qələbə ilə ilk xallarını qazanıb.
“Xarı Bülbül Laçın” ilk oyununda qalib gəldi