Çempionlar Liqası: 12 komanda pley-offda

Çempionlar Liqası: 12 komanda pley-offda

Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn 12 komanda dəqiqləşib. Bunlar "Arsenal", PSV, “Mançester Siti”, “Bavariya”, “İnter”, “Real Sosyedad”, “Real”, “Leyptsiq”, “Atletiko", “Barselona”, “Borussiya" (Dortmundo) və "Latsio"dur.

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu  dekabrın 12-13-də keçiriləcək. Bundan sonra pley-offun daha 4 iştirakçısı dəqiqləşəcək.