Sumqayıt şəhər 27 saylı tam orta məktəbdə həmin məktəbin fiziki-tərbiyə müəllimi Könül Mehtiyeva tərəfindən Atletikanın 100 illiyinə həsr olunmuş seminar keçirilib.
Tədbirdə federasiyanın hakimləri Cəfər Cəfərov və Dmitruk Boqdan da iştirak ediblər. Seminarın keçirilməsində əsas məqsəd Sumqayıtda atletikanın inkişaf etdirilməsi, uşaqlarda bu idman növünə marağın artırılması və ən əsası isə valideynlərin maarifləndirilməsindən ibarət olub.
Seminarın ardından isə uşaq atletikası yarışları keçirilib. Yarışın sonunda isə qaliblər mükafatlandırılıblar.