18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil olunan ümumtəhsil məktəblərinin oğlan və qız şagirdləri arasında atletika üzrə Astara rayon turniri böyük maraqla qarşılanıb.
Olimpnews.az xəbər verir ki, yarış Astara Dənizkənarı Park Bulvar Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilib.
Yarışda 15 məktəb komandasını təmsil edən 70 nəfər idmançı (onlardan 55 oğlan, 15 qız) mübarizə aparıb. 300 metr məsafəyə qaçışda qızlar, 300, 500 və 1000 metr məsafəyə qaçışda oğlanlar öz bacarıqlarını göstəriblər. Qızlar arasında 300 metr məsafəni hamıdan tez qaçan Tunay Nəhmətzadə birinci yerə çıxıb. Samirə Mirzəyeva ikinci, Fatma Abdullzadə üçüncü yeri tutub.
Oğlanların yarışında 300 metr məsafəyə qaçışda birinci yeri Ayxan Həsənli tutub. Camal Məmmədov ikinci, Yusif Cavadzadə isə üçüncü olub. 500 metr məsafəyə qaçışda I yeri Adəm Rəhimzadə, II yeri Əli Əliyev, III yeri Məhəmmədəli Hüseynzadə tutub. 1000 metr məsafəyə qaçışda I yerə Yusif Qulamov sahib çıxıb. İsgəndər Həsənzadə ikinci, Nuran Abdullayev isə üçüncü yerlə kifayətlənib.
Yekunda turnirin qalibləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.