Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək. Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbaut xidmətindən xəbər verilib. Bildirilib ki, beynəlxalq qış turniri yanvarın 30-da Dünya Atletikası (World Athletics), Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Athletics Club" tərəfindən Bakı Atletika Mərkəzində təşkil olunacaq. Yarışda 60 m məsafəyə qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növündə U-18 və böyük yaş qrupu iştirak edəcək.
Paytaxtımızda beynəlxalq turnir keçiriləcək


