Azərbaycan atleti Lamiyə Vəliyeva ölkə rekorduna imza atıb. Bu barədə Olimpnews.az-a Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, idmançı 42-ci Azərbaycan çempionatında (qapalı məkanda) 200 metr məsafəyə qaçışda 24.60 saniyə ilə buna nail olub.
Atletimiz Azərbaycan rekorduna imza atdı


