“İdman hamı üçün" layihəsi çərçivəsində tədbiri keçirilib.

“İdman hamı üçün" layihəsi çərçivəsində tədbiri keçirilib.

Lerikdə “İdman hamı üçün" layihəsi çərçivəsində qol güləşi üzrə kütləvi idman tədbiri keçirilib. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə 25 nəfərə yaxın rayon sakini iştirak edib.

Keçirilən kütləvi idman tədbirində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğ olunmasından ibarət olub.