“Gecə sərxoş olmuş bir pilota uduzduğumu öyrəndim”

“Gecə sərxoş olmuş bir pilota uduzduğumu öyrəndim”

"McLaren" avstraliyalı pilotu Oskar Piastri “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen haqqında maraqlı əhvalat danışıb. “Maks və mən Qətərdəki yarışdan sonra podiuma çıxmazdan əvvəl söhbət etdik. Bir gün əvvəl gecə sərxoş olmuş bir pilota uduzduğumu öyrəndim. Amma Ferstappeni başa düşmək olardı. Çünki o, çempionluq titulunu qazanmışdı. Mən onun yerində olsaydım, eyni şeyi edərdim" -  deyə Piastri mediaya bildirib.

Qeyd edək ki, Maks Ferstappen son Formula 1 mövsümündə vaxtından əvvəl çempionluq titulunu qazanaraq, üçqat dünya çempionu olub. Niderlandlı sürücü Qətər Qran-Prisində yarışa dünya çempionu kimi qoşulub.