Dünya çempionatının mükafat fondu açıqlanıb

Dünya çempionatının mükafat fondu açıqlanıb

2024-cü il kişilər arasında boks üzrə dünya çempionatının mükafat fondu 10 milyon dollar olacaq. Bu barədə Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlev Dubayda keçirilən Konqresində çıxışı zamanı bildirib. O əlavə edib ki, qadınlar arasında boks üzrə dünya çempionunun mükafat fondu 5 milyon dollar təşkil edəcək.
2024-cü ildə qadınlar arasında boks üzrə dünya çempionatı Astanada (Qazaxıstan) keçiriləcək. Kişilər arasında dünya çempionatının keçiriləcəyi yer hələ açıqlanmayıb.