Stolüstü tennisçimiz beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Stolüstü tennisçimiz beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək

Stolüstü tennis üzrə seçmə komandamızın üzvü Onur Quluzadə baş məşqçi Mixail Timofeyevin müşaiyəti ilə daha bir beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Bir sıra beynəlxalq turnirlərin mükafatçısı olan idmançı 2023-cü ilin Çexiyanın Havirov şəhərində keçirilən yekun toplanışında qitənin digər ölkələrindən olan yaşıdları ilə birgə hazırlaşacaq. Qeyd edək ki, dekabrın 17-dək davam edəcək “Eurotalents Development Camp” qitənin 13 yaşadək ən istedadlı stolüstü tennisçiləri üçün təşkil olunub.