Təşkilatın rəhbər strukturu dəyişəcək

Təşkilatın rəhbər strukturu dəyişəcək

Qadın Tennis Assosiasiyası (WTA) təşkilatın rəhbər strukturunda dəyişikliklərə hazırlaşır. Bu barədə assosiasiyanın rəsmi saytında dərc olunmuş press-relizdə məlumat verilib.

Belə ki, 2015-ci ildən bu vəzifədə çalışan WTA prezidenti Mikki Louler 2023-cü ilin sonunda təşkilatı tərk edəcək. WTA-nın baş direktoru Stiv Saymon isə icraçı sədr vəzifəsinə təyin olunub.

Press-relizdə qeyd olunub ki, yeni struktur Qadın Tennis Assosiasiyasına 2033-cü ilə qədər oyunu genişləndirmək və qadınlar üçün bərabər pul mükafatını təmin etmək məqsədlərinə nail olmağa kömək edəcək.