Stolüstü tennis üzrə “Top-8” turniri keçirilib

Stolüstü tennis üzrə “Top-8” turniri keçirilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis üzrə “Top-8” turniri keçirilib. “Şüa" İdman Kompleksində baş tutan ənənəvi yarışda Azərbaycan çempionatında ilk 8 yeri tutan idmançılar mübarizə aparıblar.

Kişilərin turniri Adil Əhmədzadənin qələbəsi ilə nəticələnib. O, finalda Hilal Həsənovu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad Məmmədov 3-cü yeri tutub.

Qadınların final görüşündə Ləman Abdulhəmidovanı üstələyən Məryəm İmanova baş mükafata yiyələnib. Mərziyyə Nurmətova 3-cü pillədə qərarlaşıb.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir stolüstü tennisin populyarlığını və idmançıların hazırlıq səviyyəsini artırmaq məqsədi ilə təşkil edilib.