Bütün diqqətlər Las Veqasa yönələcək

Bütün diqqətlər Las Veqasa yönələcək

Dekabrın 16-dan 17-nə keçən gecə Las-Veqasdakı (ABŞ) “T-Mobile Arena”da UFC 296 turniri keçiriləcək. Gecədə iki titul döyüşü olacaq. Əsas yarışda təşkilatın yarım ağır çəki üzrə kəmərin sahibi müəyyənləşəcək. Döyüşdə Leon Edvards və Kolbi Kovinqton üz-üzə gələcək. Gecənin digər döyüşündə yüngül çəki kateqoriyasının təmsilçiləri Aleksandr Pantoja və Brendon Royval mübarizə aparacaqlar.

İlkin hazırlıq mərhələsi çərçivəsində rusların iştirakı ilə iki döyüş keçiriləcək. Turnir Müslüm Salixovun Rendi Brauna qarşı döyüşü ilə başlayacaq.