Leon Edvardsın növbəti rəqibi bilinmir

Leon Edvardsın növbəti rəqibi bilinmir

Ultimate Fighting Championship (UFC) təşkilatının baş direktoru Dana Uayt təşkilatın orta çəki dərəcəsində çempionu britaniyalı Leon Edvardsın növbəti rəqibinin kim olacağından danışıb. “Hazırda növbəti rəqib kimin olacağı barədə heç bir fikrim yoxdur. Amma biz bunu öyrənəcəyik. Qarşıdakı bir neçə həftə ərzində KİV-lərə məlumat veriləcək. Bir az istirahət etmək istəyirik”, - deyə promouter UFC-nin mətbuat konfransında bildirib.

Xatırladaq ki, Leon Edvardsın qarışıq döyüş növləri üzrə peşəkar rekordu 22-3-dür. Ötən həftə Las-Veqasda (ABŞ) “T-Mobile Arena”da baş tutan UFC 296 turnirində britaniyalı Kolbi Kovinqtonla oktaqona çıxıb. O, bu görüşü qələbə ilə başa vurub.