Astarada “Üzgüçülük hamı üçün” idman tədbiri

 Astarada “Üzgüçülük hamı üçün” idman tədbiri

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, Astara Olimpiya İdman Kompleksi ilə birgə idmançılar və həvəskarlar arasında “Üzgüçülük hamı üçün” idman yarışı keçirilib.
Astara Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 31 idmançı öz məharətini göstərib. Yekunda yarışda 25 nəfər fərqlənən iştirakçıya Gənclər və İdman Nazirliyinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, yarış Türk dövlətləri arasında üzgüçülük idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirilməsi məqsədilə təşkil edilib.