MOK-un təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin mətbuat konfransı keçirilib
Olimpizm xəbərləri
10.01.2024, 12:30
Yanvarın 10-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” ilə bağlı münsiflər heyətinin təqdimatı və mətbuat konfransı keçirilib. Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə əvvəlcə festivalın rəsmi tanıtım çarxı təqdim olunub. Festivalın baş prodüseri Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov öz çıxışında festivala tərəfdaş qismində qoşulan ictimai və media qurumlarına təşəkkür edərək, festivalda 5 nominasiya üzrə qiymətləndirmə aparılacağını bildirib. O, deyib ki, ilk festivala böyük maraq olmuşdu. "Ötən festivala 70 layihə təqdim edilmişdi. İlk seçimlərdən sonra 4 nominasiya üzrə 40 layihə festivalın gündəliyinə salınmışdı. Hər nominasiya üzrə qaliblər mükafatlandırılmışdı. İkinci festivalda qaliblərin seçimində yenilik etməyi düşünürük. Qaliblər “Oskar” sistemi ilə müəyyənləşəcək. Biz iki nominasiyanı qadın idmançılarına həsr etmişik. Bunlar “Zərif qəhrəman”, uşaq və yeniyetmələrlə bağlı “Gələcəyin qalibləri” nominasiyasıdır. Əsas məqsədimiz televiziya kanalları və idman federasiyaları ilə sıx əməkdaşlıq qurmaq, onların təqim etdiyi məhsulları ictimaiyyətə çatdırmaqdır. Artıq layihələri qəbul etməyə başlamışıq. Bu günə qədər festivala 15 yaradıcılıq işi təqdim edilib", - deyə Arzu Qulamov bildirib. Sonra festivalın münsiflər heyətinin üzvləri - Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova (sədr), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev, “Vətən” Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi Zəhra Quliyeva, “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov, Əməkdar jurnalist Xanlar Məmmədov KİV nümayəndələrinə təqdim olunub. Mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın Təşkilat Komitəsinin sədri Çingiz Hüseynzadə də iştirak edib. “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin sədri Zemfira Meftaxetdinova çıxış edərək, bu layihənin ölkəmizdə idmanın inkişafına, Olimpiya Hərəkatının təbliğinə böyük töhvələr verəcəyini bildirib. O, qadın idmanına da budəfəki layihədə yer ayrılmasının sevindirici hal olduğunu diqqətə çatdırıb. Münsiflər heyətinin digər nümayəndələri Oleq Səfərəliyev, Ənvər Mansurov və Zəhra Quliyeva çıxış edərək festivalın uğurlu olacağına inandıqlarını bildiriblər. Münsiflər heyətinin çıxışlarından sonra KİV nümayəndələrinin sualları cavanlandırılıb. Mətbuat konfransında bildirilib ki, ölkəmizdə idmanın və incəsənətin inkişafında əməyi olan tanınmış şəxslərdən ibarət münsiflər heyəti festival çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə 1-ci yerə layiq olan 3 namizəd işləri seçib, qalibləri müəyyən edəcək. Eyni zamanda, festivalın rəsmi internet səhifəsində tamaşaçı səsverməsi aparılacaq və onun nəticələri əsasında, ən çox müsbət rəy almış layihə də qiymətləndiriləcək. Mart ayında təntənəli bağlanış mərasimi keçiriləcək. Qaliblərə mükafatlar, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq. Məlumat üçün bildirək ki, müsabiqəyə qoşulmaq istəyən müəlliflər və təşkilatlar müəllif hüququları onlara aid olan filmləri, proqramları, reklam çarxları və musiqili kliplərini festivalın Təşkilat Komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim etməli və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərilməlidir. Festivala materiallar 31.01.2024-cü il tarixinədək qəbul olunur. Daha ətraflı məlumatı isə http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/. sayt və sosial media hesablarından da əldə etmək olar. MOK-un təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın tərəfdaşı “Cüdo Klub 2012” İctimai Birliyi, informasiya tərəfdaşları isə AZTV, МИР, İdman TV, CBC Sport, ARB, İTV və Space televiziya kanalları, "olympic.az”, "olimpnews.az”, "Trend”, "milli.az”, "day.az”, "azernews.az”, "idmanvəbiz”, "turkicworld” portalları, "Olimpiya dünyası” qəzeti və "Sportsman” jurnalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK