Ölkə birinciliyinin fərdi yarışları sona yaxınlaşır 

Ölkə birinciliyinin fərdi yarışları sona yaxınlaşır 

Bu gün 18 yaşadək yeniyetmələr arasında (U-18) keçirilən cüdo üzrə Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulacaq. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən üçüncü yarış günündə oğlanlar -55 kq, -73 kq və +90 kq, qızlar isə -44 kq, -57 kq və +70 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 

Qeyd edək ki, yarışda 232 cüdoçu medallar uğrunda mübarizə aparır.