Həbib 40 milyondan imtina edib

Həbib 40 milyondan imtina edib

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov karyerasını yenidən davam etdirmək üçün təklif olunan 40 milyon dollardan imtina edib. “Həbib bizə 40 milyon dollardan imtina etdiyini söylədi. Dedi ki, buraya qədər kifayətdir. İstirahət etmək və ürəklərdə çempion kimi qalmaq lazımdır, - deyə onun dostu Daniel Kormier bildirib. Məlumat üçün bildirək ki, Nurməhəmmədovun MMA-da 29 qələbəsi var. O, heç bir görüşdə məğlub olmayıb. 2020-ci ilin oktyabrında sonuncu görüşündə Castin Qetçeni məğlub edərək, karyerasını başa vurduğunu elan edib.