Atıcılıq üzrə Azərbaycan millisinin Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi 2024 H&N Kuboku üçün heyəti açıqlanıb.
Münhen sınağında komandamız 6 kişi, 4 qadın idmançı ilə təmsil olunacaq. İradə Aşumova və Xanım Astanovanın rəhbərliyi altında Elvin Astanov, Üzeyir Tapdıqlı, Rəsul Məmmədov, Ramiz Xəlilov, İmran Qarayev, Vladislav Kalmıkov, Xanna Əliyeva, Nəzrin Abbaslı, Leyli Əliyeva və Zeynəb Sultanova pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışlarında mübarizə aparacaqlar.
2024 H&N Kuboku yanvarın 23-28-də təşkil olunacaq.
Münhen sınağı üçün heyət açıqlandı