Cüdoçuları Odivelas Qran-prisində iştirak edəcəklər

Cüdoçuları Odivelas Qran-prisində iştirak edəcəklər

Yanvarın 26-28-də Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə Qran-pri turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq. Yarışda Azərbaycan cüdoçuları da tatami üzərinə çıxacaqlar. Milli komandamız qadınlar və kişilər arasında 9 çəki dərəsi üzrə 16 idmançı ilə qüvvəsini sınayacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərliyi altında çıxış edəcək.

Komandamızın heyətində qadınlar arasında Könül Əliyeva (-48 kq),

Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi -52 kq), Fidan Əlizadə, Acelya Toprak (hər ikisi -57 kq) yer alıb.

Kişilərin yarışında isə komandamız Balabəy Ağayev, Turan Bayramov (hər ikisi -60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi -66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi -73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi -81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi -90 kq) və Uşanqi Kokauri (+100 kq) ilə təmsil olunacaq.