Şarapova sənətini dəyişir

Şarapova sənətini dəyişir



Məşhur rusiyalı tennisçi Mariya Şarapova televiziyada şərhçilik edəcək. Türkiyə mətbuatının yazdığına görə, bir müddətdir çiynindəki aldığı zədə üzündən kortlardan uzaq düşən Şarapova 2014-cü il fevralın 7-23-də keçiriləcək Soçi Qış Olimpiya Oyunlarını şərh edəcək. Rus gözəli ABŞ-ın NBC tetekanalı vasitəsilə canlı yayımda aparıcılıq edəcək.
NBC telekanalının Olimpiya oyunları üzrə baş prodüseri Cim Bell Mariya Şarapovanın idman aləmindən kənarda da ən çox tanınan ulduzlardan biri olduğunu deyib: "Soçidə böyüyən, ailəsi və yaxınlarının bir qismi hələ də orada yaşayan Mariya olimpiada paytaxtını yaxşı tanıyan biri kimi bənzərsiz şərhləri ilə bizə fayda verəcək”.
Şarapova isə bu missiyanı yerinə yetirəcəyi üçün həyəcan keçirdiyini bildirib.